İslam həmrəyliyini zəruri edən səbəblər və Azərbaycanın İslam həmrəyliyinə töfhəsi

İslam həmrəyliyini zəruri edən səbəblər və Azərbaycanın İslam həmrəyliyinə töfhəsi

Elçin Mehdiyev – Trend:

XXI əsrdə, xüsusilə müsəlman ölkələrində artan qanlı münaqişələr, müharibələr dünyada təhlükəsizliyə ən böyük təhdiddir və problemin birdəfəlik və ya uzunmüddətli həlli zərurətə çevrilib.

Əslində bu münaqişələrin artmasının əsas səbəblərindən biri müsəlman ölkələrinin öz aralarında ortaq məxrəcə gələ bilməməsi və bu halda xarici qüvvələrin güclü təzyiq və təsiri qarşısında aciz qalmalarıdır. Sirr deyil ki, bu gün ən qaynar nöqtələrdən biri olan Yaxın Şərq regionunda xarici təsirlər az rol oynamır. Bunu həmin bölgədəki hərbi əməliyyatlarda bir sıra qeyri-region ölkələrinin, o cümlədən ABŞ və Rusiya kimi hegemon dövlətlərin iştirakı da təsdiq edir.

BMT-nin müxtəlif qurumlarının təqdim etdiyi statistika isə – hərçənd onlar da rəqəmlərin daha çox olduğunu istisna etmir – sadəcə qorxuncdur. Belə ki, təkcə Suriyada 2011-ci ildən davam edən qanlı toqquşmalar, terror aktları, bombardmanlar və s. nəticəsində təqribən yarım milyon insan həlak olub, 117 min nəfər itkin düşüb, ölkəyə 84,6 milyard dollar maddi zərər dəyib, 27 438 bina dağılıb, 5 milyondan çox insan digər ölkələrdə mühacir həyatı yaşayır.

XXI əsrin əvvəllərindən İraqda davam edən müharibə və münaqişə qurbanlarının sayı da bundan az deyil.

2015-ci ilin martından Yəməndə silahlı münaqişə səbəbindən isə 5300 nəfər həlak olub, 8900-ə yaxın insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda ölkədə 20 milyon nəfərin, yəni əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub və s. və i.a.

Belə mürəkkəb vəziyyətdən çıxış yolu ilk növbədə müsəlman ölkələri arasında həmrəyliyi, başqa sözlə, İslam həmrəyliyini bərqərar etməkdir. Bu gün müsəlman ölkələri vahid mövqedən çıxış etməsələr, əksinə, hər hansı müsəlman ölkəsi bölgədəki xarici qüvvələrlə birləşib digər müsəlman ölkəsinə qarşı çıxsa, Yaxın Şərqdəki qanlı toqquşmaların səngiməyəcəyi, əksinə, daha böyük ərazini, qonşu bölgələri əhatə edəcəyi qaçılmaz olacaq.

Məhz belə bir dövrdə ilk dəfə olaraq Azərbaycan İslam həmrəyliyinin zəruriliyini ön plana çəkdi. Hələ ölkəmizdə 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunmasından və Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsindən çox əvvəl Azərbaycan birləşdirici, vasitəçilik rolu oynayaraq İslam və Avropa ölkələri arasında əlaqələrin inkişaf etdirilməsinə səy göstərmişdi. Belə ki, 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət edildi, birgə sessiya keçirildi. "Bakı prosesi" adlandırılan bu təşəbbüs haqlı olaraq dünyada müsbət qarşılandı, yüksək qiymət verildi. 2009-cu ildə isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin qəbuluna bir sıra Avropa ölkələrinin mədəniyyət nazirləri dəvət olundu.

Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının “OIC Journal” nəşrində dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində etnik və dini tolerantlığı “irəliyə doğru inamla getməyin ən optimal yolu” adlandıraraq vurğulayırdı: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam həmrəyliyi ili”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir”.

2016-cı ilin “Multikulturalizm ili” elan olunduğu Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə də böyük töhfələr verməkdə davam edir. Qeyd olunmalıdır ki, Azərbaycanda “Multikulturalizm ili” bəzi Avropa ölkələrində miqrantlarla alçaldıcı rəftar edildiyi, islamofobiyanın artdığı, İslamın guya zorakılığa çağıran bir din kimi təqdim olunduğu bir vaxtda elan olundu. Dünyaya müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda birgə, bərabər, dinc şəraitdə yaşadığı, ölkə daxilində millətlərarası, dinlərarası münasibətlərin ən yüksək səviyyədə tənzimləndiyi bir daha nümayiş etdirildi.

Bütün bunların məntiqi davamı olaraq, bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olundu, Bakıda IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirildi. Oyunlar ərzində bütün müsəlman ölkələri məhz Azərbaycanın paytaxtında birləşdi, Bakı 54 ölkəni, yəni dünyanın ¼-ni “Sülh, həmrəylik” şüarı altında birləşdirdi.

Azərbaycan müharibə şəraitində olsa da, ərazilərinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal edilsə də, sülh tərəfdarı olduğunu göstərdi, idman və dostluq bayramı səviyyəsində təşkil etdiyi IV İslam Həmrəyliyi Oyunları vasitəsilə dünya ölkələrini, o cümlədən müsəlman ölkələrini barışa, həmrəyliyə səslədi. Azərbaycan nümayiş etdirdi ki, qanlı toqquşmaların, münaqişələrin artdığı XXI əsrdə qlobal problemlərdən yeganə çıxış yolu məhz sülh və həmrəylikdir. Heç şübhəsiz ki, IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyi və əməkdaşlığı tarixində yeni səhifə açacaq.

Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdı ki, İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil, böyük siyasi, mədəni və ictimai hadisədir: “Biz çalışacağıq ki, İslam aləmini birləşdirək. Bu, Azərbaycanın müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq, eyni zamanda, müasir ölkə olduğunu göstərir və İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq”.

Təbii ki, bu gün İslam aləmində həllini gözləyən çoxsaylı problemlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əksər müsəlman ölkələri bu məsələdə vahid mövqedən çıxış edir, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirlər. İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Xocalı soyqırımını tanımağa, Ermənistanın işğalçılıq siyasətinə qarşı addımlar atmağa çağıran qətnamələr qəbul edib. 2016-cı ilin sentyabrında bu təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupu yaradılıb. Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycanın dini-mədəni sərvətlərinə, ümumilikdə İslamın tarixi-mədəni irsinə qənim kəsilən Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə bir ölkə kimi rəsmən tanımır, Türkiyənin isə bu ölkə ilə heç bir münasibəti yoxdur. Lakin bu birlik, həmrəylik daha da genişlənməli, eləcə də digər müsəlman ölkələrindəki problemlərə münasibətdə daha qətiyyətli mövqe göstərilməlidir.

Ümumiyyətlə, Azərbaycan İslam dünyasında böyük nüfuza, ehtirama malik ölkədir, İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların fəal üzvüdür, İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bakıdan sonra (2009-cu il) Naxçıvan da 2018-ci ildə "İslam dünyasının mədəniyyət paytaxtı" olacaq. Təsadüfi deyil ki, bütün İslam ölkələri Azərbaycanla əməkdaşlığa, əlaqələrin inkişafına can atır və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir.

Bundan başqa, Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, İƏT Əmək Mərkəzi kimi təşkilatların təsis edilməsinin təşəbbüskarı olub, 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, həmçinin “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfransa ev sahibliyi edib. Müsəlmanlara qarşı törədilən cinayətləri, o cümlədən Myanmada Rohinca müsəlmanlarına qarşı qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyən Azərbaycan bu ilin sentyabr ayında Rohinca qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib.

Həmçinin Azərbaycan məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak edib, eləcə də Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olub.

İslamın guya geridəqalmış sivilizasiya olduğu, dünya üçün təhlükə törətdiyi, terrorizmlə eyni olduğu ilə bağlı yanlış rəy formalaşdırıldığı bir vaxtda Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir.

Prezident İlham Əliyev İslama qarşı çirkin kampaniya aparanlara da layiqli cavab verib:

"...Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop İslam" deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizmin harada yarandığını biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar".

Bu il yerli kütləvi informasiya vasitələri ilə yanaşı, dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarında, informasiya portallarında da Azərbaycanın İslam həmrəyliyinə töhfəsindən bəhs edən onlarla məqalə dərc olundu. Bunlara misal olaraq, Pakistanın “Diplomatic Focus”, “Global Affairs”, “Pakistan in the World”, Britaniyanın “Huffington Post”, Filippinin “Concept Central”, Kubanın “Bohemia” jurnallarını, Birləşmiş Ərəb Əmirliklərinin “əl-Fəcr”, Misirin “Diplomatiya” qəzetlərini, eləcə də İtaliyanın "Notizie Geopolitiche" portalını və başqalarını göstərmək olar.

Bununla yanaşı, Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İslam həmrəyliyi mövzusuna həsr olunmuş bir sıra beynəlxalq konfranslar təşkil edilib, müxtəlif yazı müsabiqələri elan olunub, bölgələrdə, orta və ali təhsil müəssisələrində silsilə tədbirlər keçirilib və keçirilir. Bu tədbirlər təkcə ölkə daxilində məhdudlaşmır. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Türkiyə “Marmara” Universiteti ilə birlikdə sentyabrın 25-də İstanbulda "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfrans təşkil edildi. Bu il dekabrın 21-də isə Bakıda “İslam Həmrəliyi ili”nin yekunlarına dair beynəlxalq konfrans keçiriləcək.

Təsadüfi deyil ki, son dövrlərdə Azərbaycana əsasən də müsəlman ölkələrindən turist axını artır. Cari ilin 10 ayı ərzində ölkəmizə İrandan 320 904, Türkiyə - 249 210, Birləşmiş Ərəb Əmirlikləri - 81 742, İraq - 54 242 və Səudiyyə Ərəbistanından 31 821 nəfər gəlib.

Bu göstərici rəsmi Bakının İslam aləmində artan nüfuzu nəticəsində müsəlman ölkələrinin vətəndaşlarının Azərbaycana artan marağını göstərir. Müxtəlif bölgələrdə təhlükəli proseslərin müşahidə olunduğu, mütəmadi qanlı toqquşmaların, terror aktlarının baş verdiyi bir vaxtda Azərbaycanda insanların əmin-amanlıq şəraitində yaşaması, təhlükəsizliyin tam təmin olunması da turist axınına səbəb olur. Əcnəbilər Azərbaycanın sabitlik adası olduğunu, ölkədə tolerantlıq mühitinin hökm sürdüyünü öz gözləri ilə görür, öz ölkələrində Azərbaycanı nümunə göstərirlər.

Heç şübhəsiz ki, Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək, dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparacaq, İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəməyəcək və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş aparmaqda davam edəcək.

Yazı “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur.

C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
Loading Bars
Xəbər lenti
Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək
Sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşı peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib
Türkiyənin yeni səfiri Bakıdan görüntülər paylaşıb (FOTO)
Bakıda yol qəzası baş verib, tıxac yaranıb
ÜST koronavirus səbəbindən fövqəladə vəziyyəti üç ay uzadıb
Azərbaycan iqtisadiyyatına son 3 ayda yatırılan investisiyanın həcmi açıqlanıb
Azərbaycanda 3 ayda ÜDM-nin həcmi 18 milyard manatı ötüb
“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub
COVID-19-la bağlı dünyada fövqəladə vəziyyət rejimini daha üç ay uzadılıb
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Bütün xəbərlər