...

Lavrov noyabrın 19-da Azərbaycana gəlir

Siyasət Materials 17 Noyabr 2017 15:06
Lavrov noyabrın 19-da Azərbaycana gəlir

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, S.Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

E.Məmmədyarov aprelin 28-də Rusiyada işgüzar səfərdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti