...

Baş katib: NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır (YENİLƏNİB)

Siyasət Materials 23 Noyabr 2017 13:13 (UTC +04:00)
NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır
Baş katib: NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır (YENİLƏNİB)

Bakı. Trend:

NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Baş katib qeyd edib: "Bu gün biz uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə hərbi qüvvə, nəqliyyat və maliyyə yardımına görə minnətdarıq. Mən, həmçinin Azərbaycana missiyamızdakı hərbi kontingentinin artırılması qərarına görə minnətdarlığımı bildirirəm”.

Y.Stoltenberq bildirib ki, NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq uzun illərdir davam edir: “Bu əməkdaşlıq demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslanır. Bu gün bizim əməkdaşlığımız bir çox sahələri əhatə edir”.

NATO-nun baş katibi, həmçinin BMT Təhlükəsizlik Şurasının “Qadın, sülh və təhlükəsizlik” haqqında qətnaməsinin ikitərəfli əməkdaşlıq proqramına daxil edilməsi barədə qərara görə də Azərbaycana minnətdarlığını bildirib:

“Bütün bunlar Avroatlantika məkanında təhlükəsizliyin artmasına xidmət edir. Biz bu sahələrdə Azərbaycanla işimizi davam etdirməkdə qəti qərarlıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti