...

Azərbaycanda yeni səfirlik açılır

Siyasət Materials 27 Noyabr 2017 13:25 (UTC +04:00)
Kosta Rika respublikasının xarici işlər və etiqad naziri Azərbaycana səfər edəcək.
Azərbaycanda yeni səfirlik açılır

Bakı. Trend:

Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

XİN-dən bildirilib ki, səfər çərçivəsində nazir M.G.Sanzın Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti