...

Pakistandan Azərbaycan və Türkiyəyə birgə müdafiə-sənaye kompleksi yaratmaq TƏKLİFİ (YENİLƏNİB)

Siyasət Materials 30 Noyabr 2017 13:05 (UTC +04:00)
Azərbaycan, Pakistan və Türkiyə müdafiə sahəsində birgə sənaye kompleksi yarada bilər.
Pakistandan Azərbaycan və Türkiyəyə birgə müdafiə-sənaye kompleksi yaratmaq TƏKLİFİ (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan, Pakistan və Türkiyə müdafiə sahəsində birgə sənaye kompleksi yarada bilər.

Trend-in məlumatına görə, bunu Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asif bu gün Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN rəhbərlərinin ilk üçtərəfli görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında deyib.

Öz növbəsində, Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində ikitərəfli formatda sıx əməkdaşlıq edir. Nazir bu sahədə üçtərəfli formatda əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayıb:

“Biz müdafiə sənayesi məhsullarının istehsalı üçün birgə müəssisələr yarada və bu sahədə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirə bilərik”.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.

Xəbər lenti

Xəbər lenti