...

Aİ Azərbaycanla əməkdaşlığa hazır olduğunu bir daha bəyan etdi (YENİLƏNİB)

Siyasət Materials 20 Dekabr 2017 17:19 (UTC +04:00)
Avropa İttifaqı - Azərbaycan tərəfdaşlığının modernləşdirilməsi və canlandırılması məqsədilə hərtərəfli razılaşma üzrə danışıqların başlanması ilə Azərbaycan ilə Aİ arasında əməkdaşlıq və dialoqda bir yenilənmə müşahidə olunur.
Aİ Azərbaycanla əməkdaşlığa hazır olduğunu bir daha bəyan etdi (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Avropa İttifaqı (Aİ) - Azərbaycan tərəfdaşlığının modernləşdirilməsi və canlandırılması məqsədilə hərtərəfli razılaşma üzrə danışıqların başlanması ilə Azərbaycanla təşkilat arasında əməkdaşlıq və dialoqda yenilənmə müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycan həmçinin öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm bir prosesı başlayıb.

Bildirilib ki, Aİ qarşılıqlı maraq doğuran bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə və Azərbaycana dəstək göstərməyə hazırdır:

""Cənub Qaz Dəhlizi" layihəsi Aİ və Azərbaycan arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın nümunəsidir. Aİ-Azərbaycan mülki aviasiya sazişi üzrə davam edən danışıqlar Aİ ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti mühüm addım olacaq. Tərəflər arasında müzakirə edilən Tərəfdaşlıq Prioritetləri də Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır".

Hesabatda qeyd olunur ki, Azərbaycan multikulturalizmin və dini tolerantlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb. Aİ həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətinə tam dəstəyini davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti