...

Bakıda "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 23 Dekabr 2017 13:05 (UTC +04:00)
“Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib.
Bakıda "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev:

Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransı açan Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən konfransın əhəmiyyəti barədə danışıb.

Son illər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji, nəqliyyat layihələrinin ölkəmizə yeni dividentlər gətirdiyini qeyd edən Baş nazirin müavini bu layihələrin xalqımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb.

Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib ki, düşünülmüş strategiyasız iqtisadi sahədə uğur qazanmaq, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi nailiyyətlər qazanmaq mümkün deyil.

C.Qurbanov bildirib ki, Azərbaycanda nəqliyyat sektorunun inkişafı istiqamətində böyük işlərin görülüb: "Ölkədə müasir logistik şəbəkə qurulub, respublikanın geniş tranzit imkanlarından səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir".

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ölkədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyasından danışıb.

“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanmasını böyük tarixi hadisə adlandıran X.Yusifzadə Azərbaycanda iki milyard ton neft hasil olunmasının təntənəli şəkildə qeyd edildiyini xatırladıb.

Konfransda YAP rəhbərliyi, hökumət üzvləri, deputatlar və digər rəsmilər iştirak ediblər.

Tədbir bədii hissə ilə davam edib.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti