...

Ziyafət Əsgərov: Dünya dövlətləri verdiyi bəyanatlara əməl etməsə, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası mümkün olmayacaq

Siyasət Materials 25 Dekabr 2017 11:30 (UTC +04:00)
Əgər dünya dövlətləri verdiyi bəyanatlara əməl etməyəcəksə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi mümkün olmayacaq.
Ziyafət Əsgərov: Dünya dövlətləri verdiyi bəyanatlara əməl etməsə, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası mümkün olmayacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Əgər dünya dövlətləri verdiyi bəyanatlara əməl etməyəcəksə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi mümkün olmayacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda çıxışı zaman deyib.

Z.Əsgərov bildirib ki, bu gün dünyada, xüsusən də Afrika ölkələrində ciddi aclıq problemi mövcuddur: "Ötən əsrdə Afrika dövlətləri müstəqillik əldə etsələr də, o vaxta qədər onların bütün sərvətləri talanmışdı. Bu gün də Afrikadan Avropaya miqrant axını həmin problemlərlə bağlıdır”.

Birinci vitse-spiker qeyd edib ki, bu gün dövlətlərin verdiyi bəyanatlarla əməlləri bir olsa, bu problemləri həll etmək olar:

“Hər bir dövlət bu Məqsədlərin həyata keçirilməsinə öz töhfəsini verməlidir. Azərbaycan bu layihəyə ciddi yanaşır. Azərbaycan Parlamenti də bu Məqsədlərin reallaşdırılmasına öz töhfəsini verir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti