...

ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadılıb

Siyasət Materials 12 Yanvar 2018 15:43 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxlerin mandatı uzadılıb.
ATƏT sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsinin mandatı uzadılıb

Bakı. Nigar Quliyeva - Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Günter Baxlerin mandatı uzadılıb.

Bu barədə məlumatı Trend-ə ATƏT-in İtaliya sədrliyindən veriblər.

Sədrlikdən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də daha bir səlahiyyəti uzadılıb. Kaspşik mandatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə ATƏT-in fəaliyyətdə olan sədrini təmsil edəcək.

İtaliya ATƏT sədrliyini yanvar ayının 1-də Avstriyadan alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti