...

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək (ÖZƏL)

Siyasət Materials 25 Yanvar 2018 13:26 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayında Bakıya səfər edəcək.
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək (ÖZƏL)

Bakı. Gülqiz Muradova - Trend:

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayında Bakıya səfər edəcək.

Bu barədə özəl olaraq Trend-ə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib.

Məlumata görə, səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək.

Qeyd edək ki, T.Klaar noyabrın 13-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bu vəzifəyə təyin olunmamışdan öncə T.Klaar Aİ-nin Gürcüstanda müşahidəçilər missiyasının rəhbəri postunu tutub.

Xatırladaq ki, bundan öncə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber olub.

Xəbər lenti

Xəbər lenti