...

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün Bakıya səfər edəcək

Siyasət Materials 3 Fevral 2018 09:53 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana səfər edəcək
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün Bakıya səfər edəcək

Bakı. Nigar Quliyeva - Trend:

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər. Belə ki, fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıya səfərə gələcəkləri bildirilib.

Xəbər lenti

Xəbər lenti