...

Şahin Mustafayev: Ermənistanın Azərbaycanın nəqliyyat dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur

Siyasət Materials 13 Fevral 2018 16:12 (UTC +04:00)
Ermənistanın Azərbaycanın nəqliyyat dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdu
Şahin Mustafayev: Ermənistanın Azərbaycanın nəqliyyat dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur

Bakı. Maksim Tsurkov - Trend:

Ermənistanın Azərbaycanın nəqliyyat dəhlizlərinə qoşulmaq üçün heç bir şansı yoxdur.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti Ermənistanı regional layihələrdən kənarlaşdırıb:

“Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində Ermənistanın iştirak etmək şansı yoxdur. Onlar bunu yaxşı başa düşürlər. Əlbəttə, Ermənistan vətəndaşları özlərinə bu sualı verir ki, niyə heç bir nəqliyyat dəhlizi bizim ölkədən keçmir? Bununla da Ermənistanın onsuz da acınacaqlı olan iqtisadiyyatı daha çox böhrana məruz qalır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti