...

ATƏT PA iqlim dəyişikliyi, miqrasiya, terrorizmlə mübarizəni müzakirə edəcək

Siyasət Materials 14 Fevral 2018 10:40 (UTC +04:00)
ATƏT PA iqlim dəyişikliyi, miqrasiya, terrorizmlə mübarizəni müzakirə edəcək.
ATƏT PA iqlim dəyişikliyi, miqrasiya, terrorizmlə mübarizəni müzakirə edəcək

Bakı. Nigar Quliyeva - Trend:

ATƏT Parlament Assambleyası 2018-ci il fevralın 22-23-də Vyanada keçiriləcək 17-ci qış sessiyasında "yalan xəbərlər", iqlim dəyişikliyi, miqrasiya, terrorizm və daha bir neçə məsələləri müzakirə edəcək.

Trend-in məlumatına görə, açılış sessiyasında ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminger, ATƏT-in fəaliyyətdə olan sədri - İtaliyanın adından isə xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola çıxış edəcəklər.

Sessiya çərçivəsində üç baş komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit, eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq, sessiyanın yekununda hər üç komitənin birgə iclası keçiriləcək.

Qış sessiyasına ATƏT-ə üzv olan 57 ölkədən 300-dək artıq parlamentari qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti