...

MSK daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Siyasət Materials 14 Fevral 2018 16:13 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
MSK daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında daha 4 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Trend-in məlumatına görə, iclasda prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudov, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyev, namizədliyi özü tərəfindən irəli sürülmüş Tural Abbaslı, namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun namizədliyinin təsdiq edilməsi məsələsinə baxılıb və təsdiq edilib.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti