...

İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb

Siyasət Materials 16 Fevral 2018 11:33 (UTC +04:00)
İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb.
İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb

Bakı. Trend:

Cari ilin 13 fevral tarixində YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının təşəbbüsü və Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İctimai Radioda YUNESKO-nun Dünya Radio Gününə həsr olunmuş xüsusi verilişi yayımlanıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, YUNESKO tərəfindən hər ilin 13 fevral tarixi Dünya Radio Günü kimi qeyd olunur və tədbirin builki mövzusu “Radio və İdman”a həsr olunub.

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının Baş katibi Elnur Sultanov və Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova iştirak ediblər.

E.Sultanov Azərbaycanın YUNESKO ilə əməkdaşlığının tarixi, son 25 il ərzində Milli Komissiyanın ölkəmizin aidiyyəti dövlət qurumları, YUNESKO və üzv dövlətlər ilə birgə əməkdaşlıq çərçivəsində gördüyü önəmli işlərdən danışdı.

Azərbaycanla YUNESKO arasında mövcud olan sıx əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna xidmətləri haqqında danışan E.Sultanov Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın 2 maddi və 11 qeyri-maddi mədəni irs nümunəsinin YUNESKO-nun müvafiq siyahılarında yer aldığını bildirib və bu səpkidə “Çövkan, Qarabağın ənənəvi atüstü oyunu” barədə ətraflı məlumat verib.

Öz növbəsində, S.Məmmədova radionun dünya və Azərbaycan məkanındakı önəmli rolu və ölkəmizin gənclər və idman fəaliyyəti sahəsində YUNESKO ilə əməkdaşlığı haqqında dinləyicilərə geniş məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti