...

Azərbaycanın müdafiə naziri Minskə yola düşüb

Siyasət Materials 22 Fevral 2018 13:10 (UTC +04:00)
Fevralın 22-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib.
Azərbaycanın müdafiə naziri Minskə yola düşüb

Bakı. Trend:

Fevralın 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti