...

Deputat: Xocalı soyqırımı videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir

Siyasət Materials 26 Fevral 2018 21:30 (UTC +04:00)
"Xocalı soyqırımı erməni və rusların birlikdə Azərbaycan xalqına qarşı törətdiyi ilk və son faciə deyil".
Deputat: Xocalı soyqırımı videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir

Bakı. Samir Əli - Trend:

"Xocalı soyqırımı erməni və rusların birlikdə Azərbaycan xalqına qarşı törətdiyi ilk və son faciə deyil".

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, son 200 ildə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımı törədilib: "Tarixən ermənilər rusların köməyi ilə Azərbaycana qarşı soyqırımı törədib. Xocalı soyqırımı digərlərindən ona görə fərqlənir ki, bu faciə faktlarla, videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir. Ermənilər bəlkə də hansısa soyqırımı inkar edə bilər, amma bunu inkar etmək mümkün deyil.

1992-ci ildə bu soyqırım törədiləndən sonra mən cəbhə bölgəsinə yolandım və Ağdamda həmin faciə qurbanlarının meyitlərinin yük maşınlarından boşaldılmasının şahidi oldum".

T.Kərimli əlavə edib ki, ermənilərə qarşı heç bir soyqırımı olmadığı halda, onlar qondarma "soyqırımı"na böyük bir abidə qoyublar:

"Mən istərdim ki, bu il, 1918-ci il soyqırımı ilə, Xocalı faciəsi ilə bağlı böyük bir memorial kompleks yaradaq, muzeylər olsun. Bu, ermənilərin öz havadarları vasitəsilə başımıza gətirdikləri müsibətlərin salnaməsi olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti