...

NAZİR: Monteneqro Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir (ÖZƏL)

Siyasət Materials 2 Mart 2018 15:39 (UTC +04:00)
NATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllini dəstəkləyir.
NAZİR: Monteneqro Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir (ÖZƏL)

Bakı. Fikrət Doluxanov, Gülqız Muradova - Trend:

NATO üzvü və Avropa İttifaqının gələcək üzvü kimi Monteneqro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Bunu Trend-ə müsahibəsində Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib.

Nazir qeyd edib ki, Monteneqro tərəfdaşlarla əməkdaşlıq yolu ilə beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin olunmasına öz töhfəsini verməkdə davam edəcək:

“Monteneqro, həmçinin ATƏT-in Minsk qrupunun səyləri və BMT qətnamələrinə, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində yüksək səviyyəli konstruktiv dialoqun dəstəklənməsini davam etdirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti