...

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 6 Mart 2018 18:53 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti