...

Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Siyasət Materials 7 Mart 2018 19:43 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verib.
Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Əziz qardaşım. Bakıda müalicə mərkəzində baş verən yanğın nəticəsində 25 vətəndaşınızın həlak olması və çox sayda insanın xəsarət alması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Həlak olanlara xalqımın adından Allahdan rəhmət diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və qardaş Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram".

XXX

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçdən:

"Hörmətli cənab Prezident. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən kədərləndirdi. Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə bu faciəli hadisə ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.

Ölkənizin vətəndaşlarının kədərini bölüşür, həlak olanların ailələrinə səbir diləyirik.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

XXX

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Prezident İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində çox sayda insanın ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni ürəkdən kədərləndirib.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik olduğumu bildirir, bu hadisə nəticəsində xəsarət alanların hamısının tezliklə sağalmasını arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti