...

Mladen İvaniç: Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir (ÖZƏL)

Siyasət Materials 15 Mart 2018 13:33 (UTC +04:00)
"Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir".
Mladen İvaniç: Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir (ÖZƏL)

Bakı. Fikrət Doluxanov - Trend:

Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir.

Bunu Trend-ə özəl müsahibəsində Bakıda keçirilən VI Qlobal Forumda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib.

M.İvaniç qeyd edib: "Forumda müzakirə edilən mövzuları və iştirakçıların siyahısını nəzərdən keçirməklə demək olar ki, şübhəsiz, forum ildən-ilə daha effektli olur".

Qlobal Bakı Forumunun beynəlxalq arenada hadisələrin inkişafını müzakirə etmək üçün meydan olaraq rolunu şərh edən Rəyasət Heyətinin üzvü bildirib ki, Forum çox vacib xarakter kəsb edir:

"Belə ki, bu forumda müzakirə edilən mövzular bütün dünya üçün böyük əhəmiyyət daşıyan əhəmiyyətli məsələ və çağırışları əhatə edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti