...

Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb

Siyasət Materials 16 Mart 2018 10:02 (UTC +04:00)
Martın 15-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun Kempo İdman Federasiyasının üzvləri ilə görüşü keçirilib.
Fuad Muradov Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb

Bakı. Trend:

Martın 15-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun Kempo İdman Federasiyasının üzvləri ilə görüşü keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və “kempo”çular iştirak edirdilər.

Tədbirdə Əli Hüseynli bu idman növünü hüquqi baxımdan inkişaf etdirmək yönündə öz tövsiyələrini verib.

Görüşdə Kempo idman növü və ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, Kempo döyüş sənətinin tarixi çox qədimdir. Ruslar onu “Əlbəyaxa döyüş”, çinlilər “Tsuan-fa”, yaponlar “Kempo” adlandırırlar. Bu idman növü özündə döyüş fəndlərindən başqa çətin vəziyyətlərdə ilk yardımı, təbii üsullarla müalicəni cəmləşdirir. Müasir dövrdə Kempo döyüş sənəti bir neçə istiqamət üzrə inkişaf etdirilir.

Federasiya üzvləri görüşdən sonra Milli Məclisin iclas zalı ilə tanış olub, Heydər Əliyev Xatirə zalına baş çəkiblər.

Sonda xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti