Bakı. Elçin Mehdiyev – Trend:
Sabahdan Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılacaq.
Trend-in məlumatına görə, ümumilikdə 5 milyon 347 min 803 seçki bülleteni çap olunacaq.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlərin çapı səsvermə gününə ən azı 10 gün qalmış, yəni aprelin 1-dək başa çatdırılmalıdır.