Prezident İlham Əliyev: Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq

Prezident İlham Əliyev: Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq

Bakı. Trend:

Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, bütün İran xalqını bu yaxınlarda qeyd etdiyimiz Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm, qardaş İran xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.

Novruz bayramı bizim müştərək bayramımızdır. Həm İranda, həm Azərbaycanda bu bayram geniş qeyd edilir. Bu, bir daha onu göstərir ki, xalqlarımız bir-birinə nə qədər bağlıdır, bir-birinə nə qədər yaxındır. Bizi tarix, ortaq mədəniyyət birləşdirir".

İlham Əliyev əlavə edib ki, bu gün İran-Azərbaycan dövlətlərarası münasibətlər bu möhkəm tarix və mədəni köklər üzərində uğurla qurulur və inkişaf edir:

"Prezident cənab Ruhani ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan vermişdir. Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk".

Prezident bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir: "Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır.

Biz iqtisadi sahədə əməkdaşlığı dərinləşdiririk, qarşılıqlı sərmayə qoyuluşu prosesi başlamışdır və sabah keçiriləcək biznes-forumda bu məsələ ilə bağlı təqdimat göstəriləcək. İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.

Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir".

İlham Əliyev deyib ki, Azərbaycan və İran energetika sahəsində də uğurlu əməkdaşlıq edir: "Son illər ərzində imzalanmış sənədlər, xüsusilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək. Ümumiyyətlə, demək istəyirəm ki, bizim əlaqələrimiz təkcə ikitərəfli formatla məhdudlaşmır, biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü – bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər.

Biz nəqliyyat sahəsində böyük uğurlara imza atmışıq. Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarın qəbul olunmasını qeyd etmişik. Astaraçay üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur. Bu gün isə biz Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı çox önəmli və tarixi əhəmiyyəti olan sazişi imzaladıq".

Dövlət başçısı əmin olduğunu bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq: "Şimal-Cənub nəqliyyat dəhlizi bizim və qonşu ölkələrin birgə səyləri nəticəsində artıq reallaşır. Bununla paralel olaraq, biz artıq Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fəal işlərə başlamışıq və gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək. Bizim ölkələrimiz bu istiqamətdə çox önəmli rol oynayırlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı bu gün imzalanan saziş tarixi əhəmiyyətə malikdir və hesab edirəm ki, gələcək illərdə hər kəs bunu görəcək.

Biz hərbi sahədə də uğurlu əməkdaşlıq edirik və hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır və bu məsələ daim diqqət mərkəzindədir".

İlham Əliyev əlavə edib: "Bu yaxınlarda - iki həftə bundan əvvəl Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Artıq bu proses başlamışdır, yəni, sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda, turistlərin axınını şərtləndirir. Hər il Azərbaycandan 100 minlərlə insan İrana səfər edir və şadam ki, son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yəni, burada əlbəttə ki, bir çox amillər rol oynayır. İlk növbədə, İran-Azərbaycan dostluq, qardaşlıq münasibətləri, bizim çox güclü tarixi əlaqələrimiz, siyasi əlaqələrimiz və bu gün biz dünyada çox müsbət qonşuluq nümunəsi göstəririk. Bu amillər rol oynayır, eyni zamanda, sərbəst gediş-gəliş rejimi turistlərin axınını şərtləndirir.

Biz bu gün digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərar qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir.

Mən bir daha hörmətli Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Sağ olun".

Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Ötən il pensiya ödənişinə 5 milyard manata yaxın vəsait xərclənib
Ötən il pensiya ödənişinə 5 milyard manata yaxın vəsait xərclənib
Mastercard və Starbucks-dan hədiyyə kampaniyası
Mastercard və Starbucks-dan hədiyyə kampaniyası
Loading Bars
Xəbər lenti
Azərbaycan Ordusunun əsgəri həlak olub - MN
Almatıda saxlanılan qanunsuz aksiya iştirakçılarının sayı 2,6 min nəfərə çatıb
Şimali Koreya eyni vaxtda iki ballistik raket buraxıb
Türkiyədə son sutka koronavirusa 50 mindən artıq yoluxma qeydə alınıb
Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib
ABŞ-da sinaqoqda girov götürən şəxsin Britaniya vətəndaşı olduğu məlum olub
Zaqatala rayonunda ev yanıb
Bosfor boğazında gəmi hərəkəti dayandırılıb
Çili sunami xəbərdarlığını ləğv edib
ABŞ prezidenti Texasda sinaqoqda girov götürülməsini "terror aktı" adlandırıb
BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub
"Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazanıb
Bağdadın mərkəzində iki partlayış baş verib
Azərbaycanın səbri hüdudsuz deyil: Sərhədin demarkasiyası və Ermənistanın vaxt uzatmaq cəhdləri barədə
Mingəçevirdə binada partlayış baş verib, 2 nəfər xəsarət alıb (FOTO) (ƏLAVƏ OLUNUB)
İsrail və ABŞ kosmosun birgə tədqiqinə dair saziş hazırlayır
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Çinin paytaxtına gələn şəxslərdən COVID-19 ilə bağlı test vermək tələb olunacaq
Türkiyədə təyyarə ilə şəhərlərarası səyahət edənlərdən PCR testi tələb olunacaq
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib
"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
2021-ci il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşdü - TƏHLİL
Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər
FHN Bakıda intihara cəhdin qarşısını alıb
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
İsmayıllı sakinindən odlu silah götürülüb
Kadbildə bombanın partlaması nəticəsində azyaşlı həyatını itirib, 4 nəfər yaralanıb
Türkiyə prezidenti Albaniyaya səfər edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Cəlilabad sakinindən qanunsuz odlu silah aşkarlanaraq götürülüb
Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə
Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
İranda daha 31 nəfər koronavirusdan ölüb
Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb (FOTO)
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb - DİN
Azərbaycan XİN “erməni qırğınları”na dair Ermənistan tərəfinin iddialarına cavab verib
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar
Sabah Bakıda şaxtalı hava gözlənilir
Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxslər müəyyən edilib (FOTO)
Nazirlik cəzaçəkmə müəssisəsində məhkumların koronavirusdan qorunma vəziyyətini açıqlayıb
Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik aşkarlanıb (FOTO)
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür
Argentinada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb
ABŞ-ın 33 ştatına qar fırtınası yaxınlaşır
Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb
Zəngilanda zəlzələ olub
NATO Finlandiya və İsveçi bir gecədə bloka qəbul edə biləcəyini açıqladı
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb (FOTO)
Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın gələcək inkişafının bünövrəsidir
Pekində "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya hərbi fəlakətin bir addımlığındadır - "The Economist"
Türkiyədə son sutka koronavirusa 63 mindən artıq yoluxma qeydə alınıb
ABŞ Rusiya ilə təhlükəsizliklə bağlı dialoqu davam etdirməyə ümid edir
Yaponiyada sunami səbəbilə 210 min nəfərin təxliyə edilməsi nəzərdə tutulub
Britaniyada sutka ərzində koronavirusa yoluxanları sayı 80 mini ötüb
COVAX mexanizmi vasitəsilə 1 milyard doza peyvənd tədarük edilib
Çexiya prezidenti Pekin Olimpiadasının boykotunu pisləyib
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Nigeriya yığması Afrika Millətlər Kubokunun pley-offuna vəsiqə qazanıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib
Aİ kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb
Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi
Şuşa Azərbaycanın tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir - “Euroreporter” portalı
Azərbaycan daha bir ermənini təhvil verdi
İsrailin maliyyə naziri koronavirusa yoluxub
Biləsuvarda birmərtəbəli ev yanıb
Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb
KTMT sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq
Tərtərdə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)
Yaponiya sahillərində sunami qeydə alınıb
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub
Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb
Azərbaycanda "Texnofest" festivalının keçiriləcəyi tarixlər açıqlandı
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi
İranda güclü zəlzələ baş verib
Bakıda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)
Azərbaycanda bütün məhkumlar vaksin edilib - Ədliyyə Nazirliyi
Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq?
Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq - Xələf Xələfov
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Bəzən məhkumlar yaxınları və vəkilləri vasitəsilə virusa yoluxurlar - İdarə rəisi
Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və təqaüdü yanvar ayı ərzində ala biləcəklər
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
İrandan idxal edilən bibərdə virus aşkarlanıb
İranda son sutkada koronavirusdan 18 nəfər ölüb
Bakıda gənc qız itkin düşüb (FOTO)
II Qarabağ İqtisadi Forumu keçiriləcək
UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Suraxanıda 8 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb
Bütün xəbərlər