...

Prezident seçkiləri ilə bağlı bu prosedur başa çatır

Siyasət Materials 6 Aprel 2018 10:35 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır.

Trend-in məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı 4 gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.

Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti