...

Özbəkistan nümayəndə heyəti: Azərbaycanda prezident seçkiləri açıq, demokartik, bütün beynəlxalq norma və standartlara uyğun keçirilib

Siyasət Materials 11 Aprel 2018 20:32 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri Azərbaycan Konstitutsiyası və Seçki Məcəlləsinə uyğun şəkildə açıq, demokartik, bütün beynəlxalq norma və standartlara cavab verən şəkildə keçirilib.
Özbəkistan nümayəndə heyəti: Azərbaycanda prezident seçkiləri açıq, demokartik, bütün beynəlxalq norma və standartlara uyğun keçirilib

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda prezident seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun şəkildə açıq, demokartik, bütün beynəlxalq norma və standartlara cavab verən şəkildə keçirilib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezident seçkilərini müşahidə edən Özbəkistan Parlamentinin nümayəndə heyətinin rəhbəri Sarvar Otamuratov deyib.

S.Otamuratov bildirib: “Qeyd etmək istəyirik ki, seçkilər Azərbaycan Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq açıq, demokratik və bütün beynəlxalq norma və standartlara uyğun keçirildi. Seçicilər üçün bütün şərtlər yaradılmışdı. Vətəndaşlar yüksək fəallıq və yetkin siyasi mədəniyyəti nümayiş etdirdi”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti