...

Asiya PA: Azərbaycanda prezident seçkilərini etalon adlandırmaq olar

Siyasət Materials 11 Aprel 2018 21:35 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərini etalon adlandırmaq olar.
Asiya PA: Azərbaycanda prezident seçkilərini etalon adlandırmaq olar

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda prezident seçkilərini etalon adlandırmaq olar.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda prezident seçkilərini müşahidə edən Asiya Parlament Assambleyasının (PA) nümayəndəsi, Banqladeş parlamentinin üzvü Nazrul İslam Çovduri deyib.

Deputat bildirib ki, Asiya PA həm Bakıda, həm də paytaxtdan kənarda müşahidələr aparıb:

"Məntəqələrdə səsvermənin təşkili yüksək səviyyədə olub. Mən hesab edirəm ki, Azərbaycanda keçirilən prezident seçkiləri etalondur. Qardaş Azərbaycan xalqına uğurlar arzu edirəm".

Asiya PA-nın xüsusi nümayəndəsi, Türkiyə parlamentinin deputatı Burgan Karatürk deyib ki, səsvermə prosesi beynəlxalq standartlara tam cavab verib:

"Biz bir neçə seçki məntəqəsində müşahidə apardıq. Qeyd etmək istəyirəm ki, bütün namizədlərin müaşhidəçiləri eyni səviyyədə sərbəst fəaliyyət göstərə bilirdilər".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti