...

Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)

Siyasət Materials 24 Aprel 2018 11:45 (UTC +04:00)
İran Prezidenti Həsən Ruhani ölkədə Azərbaycan dilinin təşviqinə çağırıb.
Ruhani İranda Azərbaycan dilinin təşviqinə çağırdı, Urmiya gölündən danışdı (YENİLƏNİB)

Bakı. Fərhad Danişvər - Trend:

İran Prezidenti Həsən Ruhani ölkədə Azərbaycan dilinin təşviqinə çağırıb.

Trend-in məlumatına görə, Təbrizdə ictimaiyyət qarşısında çıxış edən H.Ruhani qurumaqda olan Urmiya gölünün bərpasına kömək edəcəyinə də söz verib.

O bildirib: “Biz türk (Azərbaycan dili – red.) dili ilə fəxr edirik. Mən məmurları türk dili və ədəbiyyatının tədrisi mərkəzlərini təşviq etməyə və zəruri kitabları nəşr etməyə çağırıram”.

Qurumaqda olan Urmiya gölünün bərpası məsələsinə də toxunan H.Ruhani vurğulayıb ki, İran hökuməti bunun üçün 240 milyon dollar dəyərində layihələrə start verib.

O vəd edib ki, prezidentlik müddətinin başa çatacağı 2021-ci ilədək Urmiya gölündə suyun səviyyəsi bir metr artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti