...

Azərbaycanda yeni medal təsis edildi

Siyasət Materials 24 Aprel 2018 12:56 (UTC +04:00)
Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis edilib.
Azərbaycanda yeni medal təsis edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan ədliyyəsinin 100 illiyi ilə bağlı medal təsis edilib.

Trend-in məlumatına görə, bununla bağlı "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti