Bakı. İlhamə İsabalayeva - Trend:
Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşklilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı konfrans keçirilir.
Trend-in məlumatına görə, konfransda Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavinləri Salman Musayev, Fuad Nurullayev, Qəmərxanım Cavadlı, Bakı şəhəri Dağ yəhudiləri Dini icmasının sədri Milix Yevdayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Azərbaycanın Alban-udi xristian dini icmasının sədri Robert Mobili, millət vəkilləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər.
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mövzunun əhəmiyyətindən danışıb.
O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərini, eləcə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib.