Bakı. Trend:
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclasında iştirak edir.
Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, konfrans 1-2 may tarixlərində keçirilir.
Qeyd edilir ki, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsi kimi məsələlər daxildir.