...

Hikmət Hacıyev BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini ilə görüşüb

Siyasət Materials 2 May 2018 00:12 (UTC +04:00)
XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev BMT Baş Assambleyasının İnformasiya komitəsinin Nyu-Yorkda BMT-nin mənzil qərargahında keçirilən iclası çərçivəsində BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini Alison Smale ilə görüşüb
Hikmət Hacıyev BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini ilə görüşüb

Bakı. Trend:

XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev BMT Baş Assambleyasının İnformasiya komitəsinin Nyu-Yorkda BMT-nin mənzil qərargahında keçirilən iclası çərçivəsində BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini Alison Smale ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə BMT-nin Qlobal kommunikasiya strategiyası üzrə fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Azərbaycanda medianın azadlığı, BMT-nin məqsəd və məramları, xüsusilə Davamlı İnkişaf Məqsədlərini dəstəkləmək üçün milli səviyyədə görülən işlər barədə məlumat verib.

BMT Baş katibinin müavini Alison Smale hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxt Azərbaycana səfərlərini, Azərbaycanın və xüsusilə paytaxt Bakının inkişafı ilə əlaqədar xoş xatirələrini bölüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti