...

"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ənənəvi konfrans keçirilib (FOTO)

Siyasət Materials 7 May 2018 11:37 (UTC +04:00)

Bakı. Trend:

Ulu öndərin anadan olmasının 95 illiyinə həsr olunan tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin rəhbərlərinin qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid növbəti elmi praktiki konfrans keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, konfransın əvvəlində tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

Səbail rayonu 6 saylı orta məktəb-liseyin 7-ci sinif şagirdi Həmidə Sadıxova və 10-cu sinif şagirdi İsmət Əliyevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər.

Əvvəlki illərdə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək artıq “Heydər Əliyev və Azərbaycan tarixi” adlı 2 kitab buraxılıb və onların təqdimatı olub.

Konfransın işində iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulamışdır. E.Əzizov bildirib ki, ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındaki rolu əvəzolunmazdır: "Bir xöşbəxtlikdir ki, ölkəmizin başında ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev durub. Bu gün İlham Əliyev həqiqətən ən yeni tarixin parlaq şəxsiyyətidir".

20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfrasları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirib ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilib və bu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti 3-сü kitab çap olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti