...

Azərbaycan səfiri etimadnamələrini Ekvador vitse-prezidentinə təqdim edib

Siyasət Materials 9 May 2018 19:43 (UTC +04:00)
May ayının 8-də iqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib.
Azərbaycan səfiri etimadnamələrini Ekvador vitse-prezidentinə təqdim edib

Bakı. Trend:

May ayının 8-də iqamətgahı Brazilia şəhərində olan, Azərbaycan Respublikasının Ekvador Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Ekvador Respublikasının Prezidenti vəzifələrini icra edən, Vitse Prezident xanım Maria Alexandra Vikunyaya təqdim edib.

Trend-ə Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata əsasən, görüş zamanı, Maria Vikunya ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arşında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləyib. Hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Ekvador və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulayıb.

Öz növbəsində E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Ekvador Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərinin əsirgəməyəcəyini söyləyib.

Sonra səfir Elxan Poluxov ölkəmiz haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətdə müzakirə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti