Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub (FOTO)

Heydər Əliyev Mərkəzində "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub (FOTO)

Bakı. Trend:

Mayın 10-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisinin açılış mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycanın və Rusiyanın ictimai-siyasi xadimləri, ziyalıları iştirak ediblər.

Rusiya ilə dostluq münasibətlərinin qurulmasında, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarının qoyulmasında ulu öndər Heydər Əliyev mühüm rol oynayıb. Buna görə də Heydər Əliyev Mərkəzində əlamətdar yubileyə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” mövzusunda tarixi-sənədli sərginin açılması təsadüfi deyil. Bununla bağlı keçirilən mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov unikal sərginin təşkil edildiyini bildirərək, Mərkəzin və Heydər Əliyev Fondunun Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə yönələn layihələri hər zaman dəstəklədiyini diqqətə çatdırdı.

Anar Ələkbərov Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə gördüyü işləri qeyd etdi. O, Ulu Öndərin irsinin araşdırılması və gələcək nəsillərə çatdırılması ilə məşğul olan Heydər Əliyev Mərkəzində təşkil edilən sərgilər və tədbirlər sırasında Rusiya mədəniyyət və incəsənət xadimlərinin işlərinin də geniş yer aldığını vurğuladı və sərgini təşkilatçılarına minnətdarlığını bildirdi.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxudu.

Müraciətdə Azərbaycan xalqının Ümummilli Liderinin siyasi müdrikliyi və uzaqgörənliyi qeyd edilir, Heydər Əliyevin nəinki həmvətənləri, bütün dünyada böyük nüfuza malik olduğu vurğulanır. Diqqətə çatdırılır ki, Ulu Öndər Rusiya ilə qarşılıqlı münasibətlərin inkişafını əsas məsələlərdən biri sayırdı. “Çox xoş haldır ki, bu kursu Prezident İlham Əliyev layiqincə davam etdirir”, - deyə Vladimir Putinin müraciətində vurğulanır.

Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxudu.

Müraciətdə bildirilir ki, Heydər Əliyev təkcə postsovet məkanında deyil, bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət xadimi və siyasi xadimdir. Uzun illər ərzində respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, Azərbaycan SSR-in rəhbəri, daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində qazandığı zəngin dövlət idarəçiliyi təcrübəsi və yüksək təşkilatçılıq qabiliyyəti ona ən mürəkkəb bir dövrdə müstəqil Azərbaycana başçılıq etmək, ölkəni dərin böhran vəziyyətindən çıxarmaq və davamlı inkişaf yoluna yönəltmək imkanı verdi. Müasir mərhələdə strateji münasibətlər kimi səciyyələnən Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi xidməti olub. Azərbaycanın dövlət başçısının müraciətində bu layihənin təşəbbüsçüsü olan Rusiya tərəfinə, həmçinin hər iki ölkənin tarixçilərinə və arxiv mütəxəssislərinə minnətdarlıq bildirilir, sərginin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunur.

Tədbirdə çıxış edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Heydər Əliyevi Azərbaycanın inkişafında unikal rol oynayan əfsanəvi siyasətçi kimi səciyyələndirdi. Bu sərginin Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığını nümayiş etdirdiyini deyən rusiyalı qonaq ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmətə, mehriban qonşuluğa, dostluğa əsaslandığını qeyd etdi. Bildirdi ki, indi əsas vəzifə bu estafeti gələcək nəsillərə ötürməkdir. “Uğurlu strateji tərəfdaşlığın vacib rəhni – prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsidir”, - deyən İlyas Umaxanov ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından danışdı. Onu da diqqətə çatdırdı ki, bu gün Heydər Əliyev Mərkəzində açılan sərgi Azərbaycan xalqının və onun liderinin tarixini daha yaxşı öyrənməyə imkan verəcək.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin sərginin görkəmli şəxsiyyətə həsr edildiyini, Heydər Əliyevin nəhəng cəsarətə və təcrübəyə malik olduğunu, onun Azərbaycanın inkişafı üçün taleyüklü qərarlar qəbul etdiyini bildirdi. İki dəfə Azərbaycana rəhbərlik edən Ulu Öndərin fəaliyyəti barədə danışan Rusiyanın xarici siyasət idarəsinin rəsmisi dedi ki, Heydər Əliyevi insanlara və işinə olan maraq fərqləndirirdi, o, nəhəng potensiala malik şəxsiyyət idi. Qriqori Karasin qeyd etdi ki, Ulu Öndər Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verirdi. Ümummilli Liderin siyasi kursunu bu gün Prezident İlham Əliyev davam etdirir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini vurğuladı ki, məhz buna görə də Rusiya - Azərbaycan münasibətlərinin gələcək inkişafına nikbinliklə baxır və əmindir ki, bu münasibətlər ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Sonra sərginin açılışı oldu.

Əlamətdar tarixə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” Azərbaycan-Rusiya tarixi sənədli sərgisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib. Sərgi altı bölmədən ibarətdir. Hər bir bölmə Ulu Öndərin həyatının müəyyən mərhələsinə həsr edilib. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat – fotolar, sənədlər və videomateriallar nümayiş olunur. Ümummilli Liderin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb. Son dərəcə mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin birləşdirilməsi üçün çox işlər görüb, xalqın həqiqi liderinə çevrilib. Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü. Dövlətlərimiz çoxsaylı nəsillərin topladığı mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq ənənələrini müstəqillik illərində nəinki qoruyub saxlamağa, həm də artırmağa nail olublar. Bu genişmiqyaslı sərgi tarixçilərin, arxiv mütəxəssislərinin və dövlət nümayəndələrinin birgə səylərinin nəticəsidir. Əlamətdar haldır ki, Bakıda keçirilən sərgidə həm Heydər Əliyev şəxsiyyətinin çoxşaxəliliyini görmək, eyni zamanda, onun irsi ilə təmasda olmaq imkanı verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim edilir. Bu əlamətdar hadisə münasibətilə hazırlanan kataloqda əsası Ümummilli Lider tərəfindən qoyulan siyasi kursun varisliyi aydın görünür.

Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Loading Bars
Xəbər lenti
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb
Direktor müavini olmaq istəyənlər üçün əlavə müsahibə keçirilir
Sabah külək əsəcək
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Kriştiano Ronaldo Çempionlar Liqasında unikal rekorda imza atıb
Çində partlayış olub, ölən və yaralananlar var
Tramp özünün sosial şəbəkəsinin fəaliyyətə başlayacağını açıqlayıb
"Netflix"in işində fasilələr yaranıb
Türkiyədə zəlzələ baş verib
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib
Mingəçevir Dövlət Universitetində Energetiklər Günü qeyd olunub (FOTO)
Hindistan İran, Pakistan və Əfqanıstandan gələn yüklərdən imtina edib
Çempionlar Liqası: "Mançester Yunayted" "Atalanta"nı məğlub edib
ÜST təcili istifadə üçün "Sputnik V" peyvəndinin təsdiq prosedurunu bərpa edib
Zəfər xronikası 21 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 21 oktyabr
Prezident İlham Əliyev: 20 oktyabr həm zəngilanlılar, həm də bütün xalqımız üçün əbədi Zəfər günü kimi qalacaq
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin üçtərəfli görüşü keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma Zəngilanda Azərbaycan muğamının valehedici sədaları! (VİDEO)
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Bütün xəbərlər