...

Nursultan Nazarbayev: Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb

Siyasət Materials 17 May 2018 13:16
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev təkcə Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində deyil, həm də Müstəqil Dövlətlər Birliyinin təşəkkülündə böyük rol oynayıb.
Nursultan Nazarbayev: Heydər Əliyev MDB-nin təşəkkülündə böyük rol oynayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev təkcə Qazaxıstanla Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində deyil, həm də Müstəqil Dövlətlər Birliyinin təşəkkülündə böyük rol oynayıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev haqqında qazax dilinə tərcümə olunmuş kitaba Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yazdığı ön sözdə deyilir.

Astanada kitabın təqdimatı zamanı Prezident kitabxanasının direktor müavini Botaqoz Kaipova deyib: “Bir çox ekspertlər Azərbaycanın Ümummilli Liderindən danışarkən deyirlər: böyük ürəkli, istənilən millətin onunla fəxr edə biləcəyi insan”.

Qeyd edək ki, kitabın 500 nüsxədən ibarət ilk tirajını Qazaxıstanın məktəb və universitet kitabxanalarında yerləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti