Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstindəki gərgin vəziyyətə həsr olunacaq sammitində 40-dan çox ölkənin nümayəndələri iştirak edəcək.
Trend-in məlumatına görə, tədbirdə İran, Əfqanıstan, Sudan və Mavritaniya prezidentləri iştirak edəcəklər.
Bundan əvvəl İƏT-dən Trend-ə bildirmişdilər ki, İstanbulda təşkilatın Fələstin məsələsi üzrə təcili yığıncağı keçiriləcək.
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. İsrail əsgərlərinin aksiya iştirakçılarına atəş açması nəticəsində 100 fələstinli ölüb, 2700-ü yaralanıb.