...

Fransa prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 27 May 2018 14:50 (UTC +04:00)
Fransa prezidenti Emmanuel Makron bu ilin sonunda Azərbaycana rəsmi səfər edəcək.
Fransa prezidenti Azərbaycana səfər edəcək

Bakı. Əli Mustafayev -Trend:

Fransa prezidenti Emmanuel Makron bu ilin sonunda Azərbaycana rəsmi səfər edəcək.

Trend-in məlumatına görə, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

“2018-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri gözlənilir. Fransa Prezidenti öz növbəsində cavab dəvəti qəbul edib və Azərbaycana 2018-ci ilin dekabrında səfər etməyi planlaşdırır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli səfərlər Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək: “Hal-hazırda biz Azərbaycanla kənd təsərrüfatı, energetika, nəqliyyat, yüksək texnologiyalar, ekoloqiya və təhsil sahələri daxil olmaqla, bizim üçün bir sıra vacib sahələrdə əməkdaşlıq edirik. 2018-ci ilin yayında biz bu istiqamətlər üzrə Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyanın işini fəallaşdırmaq niyyətindəyik”.

Jan-İv Lö Drian bildirib ki, Fransa hər zaman Azərbaycanı onun müstəqilliyinin ilk günlərindən dəstəkləyib və özünün əməkdaşlıq siyasətini gələcəkdə də davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti