Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasının gündəliyi dəyişdirilib.
Trend-in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, müəyyən səbəblərdən 13-cü məsələnin müzakirəsi təxirə salınıb və iclasın gündəliyində 22 məsələ qalıb.
Qeyd edək ki, 13-cü məsələ "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri nəzərdə tuturdu.