...

Prezident Administrasiyası: Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək

Siyasət Materials 25 İyun 2018 16:22 (UTC +04:00)
Türkiyə qardaş ölkə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək.
Prezident Administrasiyası: Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə qardaş ölkə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək.

Bu barədə Trend-ə ötən gün Türkiyədə keçirilmiş seçkilərdən sonra Bakı ilə Ankaranın münasibətlərini şərh edərkən Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, hazırda Ankara və Bakı möhkəm siyasi, iqtisadi, hərbi və mədəni əlaqələrə malikdir:

“Türkiyə və Azərbaycan əvvəl olduğu kimi bütün sahələrdə bir-birlərini dəstəkləyəcək”.

Administrasiyadan bildiriblər ki, Azərbaycan Türkiyənin ən etibarlı tərəfdaşı və müttəfiqidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti