...

ABŞ rəsmisi: Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 29 İyun 2018 10:19 (UTC +04:00)
Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır.
ABŞ rəsmisi: Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır (FOTO) (YENİLƏNİB)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı deyib.

O, buna uyğun olaraq Azərbaycanın böyük rol oynadığı "Lapis lazuli" dəhlizini xatırladıb.

Dövlət Departamentinin rəsmisi qeyd edib: "Əfqanıstan Prezidenti Əşrəf Qaninin ölkədə sülhün qorunması və "Taliban"la mübarizə üzrə mövqeyini dəstəkləmək üçün biz hamımız bura toplaşmışıq. Biz Əşrəf Qaninin Əfqanıstanda nail olduğu atəşkəs rejiminə güclü dəstək vermək üçün buradayıq. Biz dinc sakinlərin və "Taliban"la mübarizə aparanların tərəfindəyik".

A.Uels bildirib ki, ABŞ Əfqanıstanda "Taliban"la mübarizəyə və sülhün qorunmasına verdiyi dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.

Qeyd edək ki, A.Uels Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti