...

Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərəcək

Siyasət Materials 5 İyul 2018 13:47 (UTC +04:00)
Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərmək barədə razılıq əldə edib.
Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərəcək

Bakı. Samir Əli - Trend:

Azərbaycan və Türkiyə diaspor təşkilatları birgə fəaliyyət göstərmək barədə razılıq əldə edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, bununla bağlı görüşlər keçirilib və razılıq əldə edilib: "Biz Türkiyə və Azərbaycan diasporlarının, xaricdə və digər ölkələrdə yaşayan təşkilatların birgə fəaliyyəti istiqamətində artıq razılığa gəlmişik. Bu gün Türkiyə və Azərbaycanda əmin-amanlıq var. Bu əmin-amanlığı qoruyub saxlamalıyıq. Bu baxımdan istər Azərbaycanda yaşayan türk qardaş və bacılarımız, istərsə də Türkiyədə yaşayan azərbaycanlılar özlərini rahat hiss edirlər. Azərbaycanlılar orada bir çox sahələrdə böyük nailiyyətlərə imza atıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti