...

Aİ rəsmiləri Tvitter-də Prezident İlham Əliyevin Brüsseldə Donald Tuskla görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar (FOTO)

Siyasət Materials 11 İyul 2018 17:07 (UTC +04:00)
Avropa İttifaqının rəsmiləri Tvitter hesablarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar.
Aİ rəsmiləri Tvitter-də Prezident İlham Əliyevin Brüsseldə Donald Tuskla görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar (FOTO)

Bakı. Trend:

Avropa İttifaqının rəsmiləri Tvitter hesablarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü və “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması barədə məlumatlar yayıblar.

Prezident Donald Tuskun Tvitterində vurğulanır: “Prezident İlham Əliyevlə bizim ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən uğurlu görüş oldu. Görüşdə Azərbaycandakı daxili vəziyyət və regional məsələlər barədə səmərəli müzakirələr keçirildi”.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti xidmətinin mətbuat katibinin Tvitterində aşağıdakı məlumat verilib: “Tərəfdaşlıq prioritetləri” sənədi Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli gündəliyə yeni təkan verib”.

Avropa Komissiyasının Qonşuluq Siyasətinin Baş Direktorluğunun Tvitterində qeyd edilib: “Avropa İttifaqı və Azərbaycan birgə daha güclüdürlər. Bu gün Avropa İttifaqı və Azərbaycan “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə danışıqları başa çatdırıb, münasibətlər gündəliyinə yeni təkan verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti