...

Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir

Siyasət Materials 18 Avqust 2018 13:32 (UTC +04:00)
Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir.
Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir

Bakı. Trend:

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Ədalət və İnkişaf Partiyasının VI Qurultayı keçirilir.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qurultayın işində iştirak edir.

Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti