Mehriban Əliyeva: Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

Mehriban Əliyeva: Şəfqət, mərhəmət, dövlətə və xalqa xidmət nümunəsi

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil etməkdədir.

Mehriban xanım Əliyevanın fəaliyyəti dünya miqyasında yüksək dəyərləndirilir

Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə Azərbaycanda deyil, dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir. Elə buna görədir ki, Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti daim diqqət mərkəzində olub və ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Azərbaycanda “Heydər Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə, İtaliyanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb.

Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub

Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyan fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir. Mehriban xanımın bu sahədəki fəaliyyətini izlədikdə bir daha əminliklə demək olar ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub. Məhz bu gün ölkəmizdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyriyyəçilik sektorunun köhnə filantropiyaya xas olan paternalizm ruhundan azad olunması və onun mütəşəkkil, ölkə miqyasında konsolidasiya edilmiş, öz standartları, infrastrukturu və texnologiyaları olan müasir “sənaye”yə çevrilməsini müşahidə edirik.

Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri, ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır: “Çünki bu amillər bir-biri ilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik resursları getdikcə daha artıq dərəcədə başqa ictimai ehtiyaclara - mədəniyyətin, elmin, təhsilin, səhiyyənin, idmanın inkişafına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına, digər oxşar sahələrə yönələcək. Azərbaycan cəmiyyətinin sosiomədəni transformasiyası xeyriyyəçilərin öz fəaliyyətlərində “ənənəvi” cəmiyyət üçün daha çox səciyyəvi olan adət və ənənələri deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq mülahizələrini və özlərinin üstünlük verdikləri məqamları rəhbər tutacaqlarına gətirib çıxaracaq”.

Göründüyü kimi, bu gün ölkəmizdə fərdi və korporativ filantropiya ilə yanaşı, xeyriyyəçilik sisteminin bir sosial institut kimi iş mexanizmində xüsusi imkanları və məxsusi yeri olan mütəşəkkil vətəndaş xeyriyyəçilik sektoru formalaşır və o, gələcək perspektivlərdə daha da möhkəmlənəcək. Təbii cəmiyyətin demokratikləşməsi və humanistləşməsi yolu ilə irəlilədikcə, ölkəmizdə xeyriyyəçiliyin tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr də aradan qalxacaq. Əlbəttə ki, bu vacib sektorda Mehriban xanım Əliyevanın əsasını qoyduğu ənənə və nümunəvi fəaliyyət müasir Azərbaycan xeyriyyəçilik institutunun daha da inkişafına yeni imkanlar açır, stimul verir.

Heydər Əliyev Fondu: sosial-mədəni və humanitar layihələrin təşəbbüskarı, insanların ümid yeri

Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 14 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu Öndər Heydər Əliyevin ideallarından ruh alan Fond Onun nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb.

Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək edib, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləyib, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə töhfələrini verib, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərib.

2004-2018-ci illər ərzində fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulub, minlərlə insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilib. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri də cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanıb. Heydər Əliyev Fondu ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına köməklik göstərib.

Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri də vətəndaşların təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən Fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlayıb, bir sıra uğurlu nəticələr əldə edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb binası inşa olunub və lazımi avadanlıqlarla təchiz edilib.

Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır. Belə ki, 2007-ci ildə Niderlandın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilib.

Bütün bunlarla yanaşı, Fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib.

Azərbaycan həqiqətlərinin carçısı – Heydər Əliyev Fondu

Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəxinin, ümumiyyətlə milli mədəni-mənəvi dəyərlərimizlə əlaqəli bütün tarixi nailiyyətlərimizin dünya miqyasında təbliğ edilməsi Mehriban xanım Əliyevanın dövlətimiz və xalqımız qarşısında görüdüyü misilsiz xidmətlərin tərkib hissəsidir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Prezident İlham Əliyev də Fondun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib: “Mehriban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin də beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır. Elə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar, ingilis, fransız, ərəb, alman və rus dillərində “Qarabağ həqiqətləri” adlı bukletlər Fondun bu sahədəki fəaliyyətinin əyani vəsaitləridir.

Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyanın aparıcı dövlətlərinin paytaxtlarında və böyük şəhərlərində dünya ictimaiyyətinin diqqətini çəkən, həmin ölkələrin siyasi, mədəni, elmi elitasını bir araya toplayan tədbirlərə də imza atıb. Məhz Moskva, Berlin, Strasburq, Buxarest, Cenevrə, Ankara, İstanbul, Paris, Vaşinqton, Nyu York, Varşava, London, Dubay, Haaqa, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyaların keçirilməsi, xarici ölkələrdə Fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyaların nümayiş olunması, Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilməsi, Fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitablarının dünya ölkələrində paylanması beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılması işinə xidmət edir, töhfələrini verir.

Dövlətə və xalqa xidmətin nümunəsi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva sosial, humanitar, mədəni sahələrdəki işləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil edir. Qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyeva Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının 1992-ci ildən fəal üzvü olub və bu gün də partiyanın Sədr müavini kimi müasir və müstəqil dövlətimizin daha da inkişaf etməsi prosesinin ən aparıcı simasına çevrilib.

Heydər Əliyev Fonduna rəhbərlik etdiyi, Milli Məclisə deputat seçildiyi vaxtdan bəri ölkə həyatının elə bir sahəsi olmayıb ki, Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalsın. Daim seçicilərinin yanında olan, onların problemlərini dinləyən və həll edən deputat kimi bütün xalqın rəğbətini və məhəbbətini qazanan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi hər bir azərbaycanlını ürəkdən sevindirirdi. Çünki, Ümummilli Lider Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı. Xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban xanımın müstəsna xidmətləri onu cəmiyyətə mötəbər ictimai-siyasi xadim kimi tanıtmışdı. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlı idi. Daha doğrusu, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident təyin olunana qədər deputat və Fond rəhbəri kimi reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdı.

Mehriban xanım Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirədə də qaçqın və məcburi köçkünlərin problemlərini, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxladı, bundan sonra da görüləcək işləri, qarşıda duran vəzifələri diqqətə çatdırdı. O, yeni missiyasına başlamaqla ağır sosial şəraitdə yaşayan insanların problemlərinin həlli üçün qısa müddətdə yeni layihənin həyata keçiriləcəyini vurğuladı. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva mətbuata müsahibələrinin birində belə deyir: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən”.

Bir sözlə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işləri Azərbaycanda və dünya ölkələrində dərin hörmətə, rəğbətə, xoş münasibətə əsas yaradan ali fəaliyyət nümunəsi kimi qəbul edilməkdədir.

Siyavuş Novruzov,
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri

İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Loading Bars
Xəbər lenti
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Fransa Ankaradakı səfirini geri çağırıb
Düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir (VİDEO)
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir (VİDEO)
Hikmət Hacıyev: Ermənilərin hədəfi kənd və mülki şəxslər idi (FOTO)
Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü - Politoloq
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib (FOTO)
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)
MN: Aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq
Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib (FOTO)
MN: Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə düşmən təxribata əl atır
Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.10.2020 tarixli bölüm
Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN
Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb
İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir (FOTO/VİDEO)
Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Bayrağımızı Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - Azərbaycan hərbçiləri (VİDEO)
Rusiya XİN ermənilərin Gəncəyə raket atəşi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq
"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi (FOTO)
İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır - Hikmət Hacıyev
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Ballistik raketləri mülki insanlara qarşı atan Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir - Deputat
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir (VİDEO)
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Şəhid olmuş hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
Düşmənin daha bir PUA-sı məhv edilib
Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir - Hikmət Hacıyev
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə və bəzi KİV nümayəndələrinə xəbərdarlıq edib
Bütün xəbərlər