Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək, inkişaf edəcək

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək, inkişaf edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək, inkişaf edəcək.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad bir daha Azərbaycan-Türkiyə dostluğunun, eyni zamanda, iki dost, qardaş ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" tezislərinin əsl mahiyyətini açıqladı, iki dost, qardaş ölkəni biri-birinə bağlayan tellərin möhkəmliyinə işıq saldı. "Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik" söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın, bu qədər bir-birinə arxa-dayaq olsun. Birliyimiz bütün sahələrdə özünü büruzə verir.

V.Rəhimzadə Türkiyə ilə Azərbaycanın birgə səyləri nəticəsində gerçəkləşdirilən layihələrin regionda sabitliyə, təhlükəsizliyə xidmət etdiyini bildirib:

"Ölkə Prezidenti cənab İlham Əliyevin dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ardıcılları davamlıdır və dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artmasına böyük töhfələr verirlər. 2018-ci ilin mayında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışı, iyun ayında TANAP-ın istifadəyə verilməsi, 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP, həmçinin ötən ilin oktyabrında istifadəyə verilən, əhəmiyyətinə görə heç də enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu regionun təhlükəsizliyinin, sabitliyinin əsas təminatçısı, geniş tranzit imkanlarına malik Türkiyə-Azərbaycan birliyinin fonunda reallığa çevrilən, həm region, həm də dünya dövlətlərinin iqtisadi inkişafına geniş yol açan layihələrin davamlılığından, eyni zamanda, bu birliyin əbədiliyindən xəbər verir. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki, birgə səylərimizlə Azərbaycan-Türkiyə müttəfiqliyi və qardaşlığı bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək".

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, parad 27 illik müstəqillik tarixini yaşayan Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda güclənən və qüdrətlənən Ordusunun təqdimatı oldu:

"Yaxın günlərdə müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcək illik müstəqillik tarixini vərəqləyəcək Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması uğurlu və təkmil iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir. Bunun bariz nümunəsi Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Təbii ki, bu uğurlara yol açan Azərbaycanın iqtisadi qüdrətinin günbəgün artmasıdır. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub. Bu gün ölkəmizdə işsizlik 5 faiz səviyyəsindədir. Davamlı uğurlarımız regional və beynəlxalq əməkdaşlıqda yeni-yeni uğurlara yol açır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, uğurlarımız Azərbaycanın gələcəyinin parlaq olacağı barədə aydın təsəvvür yaradır".

YAP Siyasi Şurasının üzvü dövlətimizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qarantı olan ordumuzun gücü və qüdrətinin artmasını şərtləndirən amillərdən bəhs edərək, bu uğuru diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. "Hərbi potensialımız artır. Müharibə şəraitində olan ölkə üçün güclü və qüdrətli ordunun olması əsasdır. 2016-cı ilin aprel, cari ilin Naxçıvan qələbələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu, torpaqlarımızı işğaldan azad etmək qüdrətini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı cənab İlham Əliyev paradda bu əminliyi ifadə etdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq.

Uğurlarımızın davamlılığı üçün bütün imkanların mövcud olduğunu qeyd edən V.Rəhimzadə bildirib ki, Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksək səviyyədə olması reallıqlarının olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır:

"Ən əsası, dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi bütün sahələrdə olduğu kimi, xarici siyasətimizin tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də vahid mövqedən çıxış edərək, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin vacibliyini bəyan edir. Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə əsaslanaraq, bu fikri böyük fəxr hissi ilə qeyd edə bilərik ki, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir".

Ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışına xüsusi diqqət yönəldərək, Azərbaycan-Türkiyə qardaşlığının gələcəyi üçün möhkəm bazanın olduğunu qeyd edib:

"«Biz bu gün yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik" söyləyən Ərdoğan bildirib ki, Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik".

ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Loading Bars
Xəbər lenti
ABŞ Dövlət Departamentində müxtəliflik və inklyuzivlik məsələləri üzrə direktor vəzifəsi yaradılıb
İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb
Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib
ABŞ-da fövqəladə vəziyyət rejiminin vaxtı uzadılır
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya"nı, "Real" "Atalanta"nı məğlub etdi
ÜST: Dünyada ötən sutka koronavirusa 326 mindən çox yoluxma qeydə alınıb
Venesuela XİN İspaniya, Hollandiya, Fransa və Almaniyaya nota verib
Türkiyədə son sutkada koronavirusdan 5 297 nəfər sağalıb
Qarabağın ekoloji faktorları imkan verəcək ki, uzunömürlülərin sayı çoxalsın - Direktor
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)
London şəhərində Xocalı həqiqətlərini əks etdirən məlumatlandırma aksiyası təşkil edilib (FOTO)
Bakıda qarın təmizlənməsi davam edir - BŞİH (FOTO/VİDEO)
Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ
ABŞ-ın Finiks şəhərində erməni terrorunu əks etdirən sərgi təşkil olunub (FOTO)
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir - Pərvin Kərimzadə
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlanıb
Bu rayonlara qar yağır, külək isə mülayimləşib - FAKTİKİ HAVA
UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib
Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb (FOTO)
İtaliyanın daha bir şəhəri Xocalı soyqırımını pisləyən sənəd qəbul edib
Ceyhun Bayramovla Aİ komissarı arasında telefon danışığı olub
Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA
Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Pandemiya ən çox avtomobil nəqliyyatı üzrə yükdaşımalara ziyan vurub - Tədqiqat
Ermənistanda Azərbaycana qarşı 3 dəfə "İsgəndər" raketindən istifadənin etirafı, əslində hərbi cinayətlərin etirafıdır - Deputat
Əfv komissiyasının iclası başa çatıb, 150-dən artıq müraciətə baxılıb
FHN yollarda xilasetmə əməliyyatları həyata keçirir (VİDEO)
Polis yollarda köməksiz qalan vətəndaşlara kömək edib (FOTO/VİDEO)
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Belarusun bir sıra şəhərlərində Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilib (FOTO)
Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib
Bakıda və Ağdaşda ev yanıb
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar - Vüqar Rəhimzadə
Mingəçevir Dövlət Universitetində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib (FOTO)
Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı (ƏLAVƏ OLUNUB)
Hikmət Hacıyev Ukrayna XİN başçısının müavini ilə görüşüb (FOTO)
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq var (FOTO)
Qusar polisi yollarda qalmış vətəndaşlara köməklik göstərir
Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb
Bakıda isinməyə ehtiyacı olan şəxslər bu sığınacaqlara üz tutur (FOTO)
Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlandı
“Azəriqaz” abonentlərə müraciət edib
Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşıb - Politoloq
KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq - Mikayıl Cabbarov
Stokholm şəhərində "Xocalıya ədalət!" plakatları yerləşdirilib (FOTO)
Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkar edilib (FOTO)
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib
Ombudsman ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancını qəbul edib (FOTO)
Fevralın 25-nə USD/AZN rəsmi məzənnəsi
Sahibkar birlikləri və assosiasiyaları ilə sıx əməkdaşlıq qurulacaq - Dövlət Vergi Xidməti
Ermənistan rəhbərliyi başlarına dəymiş “dəmir yumruq”dan düzgün nəticə çıxarmalıdır - Naqif Həmzəyev
Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı artıq qəbul edir - Deputat
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
Paytaxtda quraşdırılan sığınacaqlar haradadır? - ÜNVAN
Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları üçtərəfli görüşə dair birgə bəyanat qəbul edib (FOTO)
Türkiyə alpinistləri Xocalı qurbanlarını Haçadağda yad ediblər
Hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması üçün addımlar atılır - AAYDA
DİN Qaradağda baş verən qəza ilə bağlı məlumat yaydı: 1 nəfər ölüb, 1-i yaralanıb
Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!
Bakıda yanan binada zərər çəkmiş ailələr kirayə mənzillə təmin olunacaq - Dövlət komitəsi
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
Bakıda havanın temperaturu mənfi 6 dərəcəyə enib
Ermənilərin aqrar sahəmizə vurduğu ziyan on milyard manatlarla ölçülür - Komitə sədri
Əfv Komissiyasının iclası keçirilir
UNEC-də Xocalı Soyqırımına həsr olunan beynəlxalq seminar keçiriləcək
İranda son sutkada 73 nəfər koronavirusdan ölüb
Uşaqların tərbiyəsində möhkəm bünövrənin qurulması
Suyun orqanizm üçün faydaları
Azərbaycan alimləri nitqin tanınması sistemlərini hazırlayıblar
Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Sosial şəbəkələrdə haqqında foto paylaşılan evsiz sığınacağa yerləşdirilib
Sumqayıtda ictimai nəqliyyat işləyir - İcra hakimiyyəti (FOTO)
Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
AMEA-nın yaşı 65-dən çox olan əməkdaşları peyvənd olunub
“Karvan-L” maşın və avadanlıq istehsalatında yenilik etməyə davam edir (FOTO)
Azər Türk Bankın ən sərfəli kartı - ATB CARD
Belçikada Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)
Bakı-Şamaxı yolunda avtomobillər yolda qalıb (VİDEO)
Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib
Ermənistanda hərbi hissədə qiyam - Əsgərlər xidmətdən qaçır
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib
Deputatların bir qrupu peyvənd olunub
Türkiyəli həkimlər qazilərimizin müayinəsini davam etdirir (FOTO)
Maştağada qəza olub, qaz təchizatı alternativ xətlə təmin olunub (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub (FOTO)
Buzlaşma və yüklənmə səbəbindən bəzi yerlərdə elektrik verilişi kəsilib - “Azərişıq”
Bakıda yataqxanadakı yanğın söndürülüb (FOTO)
Qazla bağlı ən çox müraciətlər Xəzər, Sabunçu, Binəqədi rayonlarından olub
Paşinyan Rusiyanı İTTİHAM edir: "İskəndər" partlamadı
Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri düşməni belə məhv edib (FOTO/VİDEO)
Gecə küçədə yatan şəxs evsiz yox, sərxoş olub - Agentlik
Abşeron İcra Hakimiyyətindən həbslərlə bağlı xəbərlərə münasibət
Qarlı hava şəraiti sığınacaqda yerləşənlərin sayının artmasına səbəb olmayıb - Agentlik
Vətən Müharibəsi iştirakçısı barəsində həbs qərarı ev dustaqlığı ilə əvəz edilib
Modul Tipli Hospitalda qanunsuz işdən çıxarılma və maaşların gecikməsi iddialarına aydınlıq gətirildi
“Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb
Bütün xəbərlər