...

Azərbaycan və Serbiya arasında imzalanmış Anlaşma memorandumları təsdiq edilib

Siyasət Materials 17 Sentyabr 2018 18:55 (UTC +04:00)
Azərbaycan və Serbiya arasında imzalanmış Anlaşma memorandumları təsdiq edilib.
Azərbaycan və Serbiya arasında imzalanmış Anlaşma memorandumları təsdiq edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Serbiya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya hökumətinə bildiriş göndərmək tapşırılıb.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Serbiya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti