...

Kent: ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir

Siyasət Materials 10 Oktyabr 2018 18:01 (UTC +04:00)
ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.
Kent: ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

C.Kent bildirib: "Azərbaycan hökumətinin regionda təhlükəsizliyin təmin edilməsi və gücləndirilməsi məqsədilə fəaliyyətini yüksək qiymətləndiririk".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini qeyd edib ki, onun Azərbaycan səfərinin məqsədi iki ölkə arasında münasibətlərin daha da inkişafını təmin etməkdir.

C.Kent əlavə edib: "ABŞ Azərbaycanı daha inkişaf etmiş və daha da çiçəklənən görmək istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti