...

Hansı cərimələrin 5 dəfə artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi?

Siyasət Materials 11 Oktyabr 2018 15:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların məhv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.
Hansı cərimələrin 5 dəfə artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edildi?

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqların məhv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyevin sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin 5 dəfə artırılmasıdır:

"Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq".

Nazir müavini qeyd edib ki, son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:

"Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti