...

BMT rəsmisi: Azərbaycana təşəkkür edirik ki...

Siyasət Materials 25 Oktyabr 2018 16:25 (UTC +04:00)
BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün biz yoxsulluğun aradan qaldırılması kimi bir sıra öhdəlikləri üzərimizə götürmüşük.
BMT rəsmisi: Azərbaycana təşəkkür edirik ki...

Bakı. Elçin Mehdiyev - Trend:

BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün biz yoxsulluğun aradan qaldırılması kimi bir sıra öhdəlikləri üzərimizə götürmüşük.

Trend-in məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) prezidenti İnqa Ronda Kinq Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.

BMT rəsmisi qeyd edib ki, son məqsədə çatmaq üçün indiyə qədər əldə edilən nailiyyətlər kifayət deyil: "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ölkələr arasında əməkdaşlıq olmalıdır, çoxtərəfli əməkdaşlıq səmərəli şəkildə həyata keçirilməlidir. Hökumətlə bərabər qeyri-hökumət institutları da bu prosesə qoşulmalıdır".

Ölkələr tərəfindən könüllü icmaların yaradılması məsələsinə toxunan İ.Kinq bu istiqamətdə fəaliyyətinə görə Azərbaycana təşəkkür edib:

“Azərbaycana təşəkkür edirik ki, 2017-ci ildə artıq belə bir könüllü icma təqdim etmişdi və 2019-cu ildə daha bir belə icma təqdim edəcək”.

O qeyd edib ki, DİM-lərin həyata keçirilməsi üçün qlobal əməkdaşlığa ehtiyac var. İ.Kinq bildirib ki, Bakıda keçirilən bu forum DİM-lərin həyata keçirilməsi üçün regional əməkdaşlığın gücləndirilməsi baxımından uğurlu platformadır.

BMT rəsmisi bildirib ki, DİM-lərin həyata keçirilməsində heç kim kənarda qalmamalıdır: “İstədiyimiz dünyanı yaratmaq üçün biz güclü olmalıyıq və birgə fəaliyyət göstərməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti